Deputat qohumunu işdən çıxarıb öz xanımını TƏYİN ETDİ
25 Noyabr 2024
22:49 - 10 Noyabr 2021
Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını qəsdən öldürməkdə təqsirləndirilən Murad Şamilovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Manset.az xəbər verir ki, hakim Azər Paşayevin sədrlik etdiyi iclasda anket məlumatları dəqiqləşdirilib.Məhkəmənin baxış iclası martın 5-nə təyin edilib.
Qeyd edək ki, qətl hadisəsi ötən il Biləcəri qəsəbəsi, Mehdi Hüseynzadə küçəsində yerləşən "Salt” otelində törədilib.
Sentyabrın 3-də gecə saat 02.00-da 1982-ci il təvəllüdlü Murad Şamilov həyat yoldaşı, 1985-ci il təvəllüdlü Şahanə Şamilovaya 18 bıçaq xəsarəti yetirib. Qadın hadisə yerindəcə ölüb. M.Şamilov polisə gedərək törətdiyi əməli etiraf edib.
Məlum olub ki, cütlük ayrı yaşayıb. Ş.Şamilova boşanma üçün məhkəməyə müraciət edib. Qətl hadisəsindən əvvəl M.Şamilov ona zəng vurub və boşanma ilə bağlı danışmaq üçün "Salt” hotelində görüş təyin edib. Qadın onun təklifini qəbul edib.
Onların iki azyaşlı övladı var.
M.Şamilova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib. //Report.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin