Gəncədə avtobusda qeyri-etik hərəkətlər edən şəxsin kimliyi bilindi

16:31 - 27 Oktyabr 2024

Gəncədə avtobusda qeyri-etik hərəkətlər edən şəxsin kimliyi bilindi

Gəncədə avtobusda əxlaqsız hərəkətlər edən şəxsin kimliyi müəyyən edilib.

 

Manset.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məsələ ilə bağlı Oxu.az-a açıqlama verib.

O bildirib ki, görüntülər əsasında Gəncə Şəhər Baş Polis İdarəsində araşdırmalar aparılıb və həmin şəxsin Gəncə şəhər sakini, Ruhi-Əsəb Dispanserində qeydiyyatda olan Ə.Abbasov olduğu müəyyən edilib.

"Şəxsin sağlamlıq vəziyyəti nəzərə alınaraq onun müvafiq xəstəxanaya yerləşdirilməsi təmin olunub" , - deyə Eşqin Qasımov vurğulayıb.


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin