“Trami” 81 nəfərin ölümünə səbəb oldu

20:20 - 25 Oktyabr 2024

“Trami” 81 nəfərin ölümünə səbəb oldu

Filippində “Trami” tropik qasırğası səbəbindən ölənlərin sayı 81-ə çatıb, ən azı 20 nəfər itkin düşüb.

 

Manset.az AZƏRTAC-a istinadla xəbər verir ki, həftə ərzində “Trami”nin gətirdiyi şiddətli yağış kütləvi daşqın və torpaq sürüşmələrinə səbəb olub. Ən çox ölüm Batanqas əyalətində (47) və Bikol regionunda (28) qeydə alınıb. Bundan başqa, infrastruktura, evlərə, kommunikasiya xətlərinə, avtomobillərə ciddi ziyan dəyib. Bir neçə hava limanında yüzlərlə uçuş təxirə salınıb. Hazırda təbii fəlakət bölgəsində itkin düşənlərin axtarışları və fəsadların aradan qaldırılması işləri aparılır.

Qeyd edək ki, “Trami” bu il Filippini vuran 11-ci qasırğadır. Ölkənin təbii fəlakətlərlə mübarizə mərkəzi 15 region üzrə 2,6 milyon nəfərin qasırğanın fəsadlarından təsirləndiyini, 320 min nəfərin daimi yaşayış yerini tərk etmək məcburiyyətində qaldığını açıqlayıb.


Xəbər xətti

26 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin