Polşa Cənubi Koreyanın K2 tanklarını istehsal edəcək

17:42 - 25 Oktyabr 2024

Polşa Cənubi Koreyanın K2 tanklarını istehsal edəcək

Seulda rəsmi səfərdə olan Polşa Prezidenti Anjey Duda bildirib ki, Cənubi Koreyanın K2 Qara Pantera tanklarının Polşada istehsalı planlaşdırılıb.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

"Ümid edirəm ki, yaxın gələcəkdə, sözün əsl mənasında, yaxın həftələrdə K2 tanklarının faktiki polonizasiyası, yəni onların Polşada istehsalının yeri olacaq prinsipial əhəmiyyətli saziş bağlanacaq", - Polşa prezidenti qeyd edib.

 


Xəbər xətti

25 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin