Helikopter qəzasında ölənlərin sayı 8-ə yüksəldi

16:17 - 25 Oktyabr 2024

Helikopter qəzasında ölənlərin sayı 8-ə yüksəldi

Nigeriyanın Rivers əyalətində dünən sərnişin daşıyan helikopterin qəzaya uğraması nəticəsində həyatını itirənlərin sayı 8-ə yüksəlib.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Aerokosmik İnkişaf Nazirliyinin sözçüsü Odutayo Oluseyi dünən verdiyi açıqlamada, içərisində 8 nəfərin olduğu helikopterin Rivers əyalətinin paytaxtı Port Harkortdan havaya qalxdıqdan sonra Bonni Finima yaxınlığında Atlantik okeanına düşdüyünü açıqlayıb.

İlkin məlumata görə, 3 nəfərin öldüyü, 5 nəfərin yaralandığı paylaşılıb.


Xəbər xətti

25 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin