Azərbaycan Texnologiya Universitetinin nümayəndə heyəti Qarabağ Universitetində - FOTOLAR

13:44 - 25 Oktyabr 2024

Azərbaycan Texnologiya Universitetinin nümayəndə heyəti Qarabağ Universitetində - FOTOLAR

Azərbaycan Texnologiya Universitetinin nümayəndə heyəti Qarabağ Universitetini ziyarət edib.

 

Qarabağ Universitetindən Manset.az-a bildirilib ki, qonaqlar universitetin müasir infrastrukturu və tədris laboratoriyaları ilə tanış olublar.

Rektor Şahin Bayramov ölkə rəhbəri tərəfindən universitetə göstərilən yüksək diqqət və qayğıdan bəhs edib. İlk tədris ilində tələbə qəbulunun müsbət nəticələri barədə danışan rektor Qarabağ Universitetinin strateji hədəfləri barədə məlumat verib. Tələbəyönümlü və tədqiqat əsaslı universitet quruculuğu istiqamətində görülən işlərdən söz açan Şahin Bayramov potensial tərəfdaşlıqlardan gözləntilərini səsləndirib.

Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifələrini icra edən Yaşar Ömərov Xankəndi şəhərində Qarabağ Universitetinin maddi infrastrukturunu və akademik potensialını yüksək qiymətləndirib. O, təmsil etdiyi Azərbaycan Texnologiya Universitetində reallaşdırılan kadr hazırlığı və elmi-tədqiqat istiqamətləri barədə məlumat verib.

Görüşdə universitetlər arasında əməkdaşlıq imkanları haqqında geniş fikir mübadiləsi aparılıb.



Xəbər xətti

25 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin