Yasamal rayonunda növbəti ekoloji aksiya keçirildi - FOTOLAR

20:07 - 24 Oktyabr 2024

Yasamal rayonunda növbəti ekoloji aksiya keçirildi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərancamının icrası ilə əlaqədar Yasamal rayonunda ekoloji aksiya keçirilib.

 

Manset.az xəbər verir ki, Yasamal Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Abdulla Qarayev küçəsində ağacəkmə aksiyası baş tutub.

Rayon ərazisində yaşıllıq zolaqlarının artırılması, ekoloji tarazılığın bərpası və ətraf mühitin mühafizəsi istiqamətində işlərə töhfə olaraq rayonda quraqlığa davamlı bitkilərin, yerli iqlimə uyğun ağac və kolların əkilməsi işləri həyata keçirilib.

Baş tutan aksiya çərçivəsində RİH, Bələdiyyə və MKTB əməkdaşları tərəfindən iqlim şəraitinə uyğun olaraq seçilmiş Eldar şamları əkilib.

Qeyd edilməlidir ki, bu cür ekoloji aksiyalar son zamanlar Yasamal rayonunun müxtəlif ərazilərində keçirilir və yeni ağac, kol və güllərin əkilməsi, yaşıllıqlara qulluq və abadlıqla bağlı tədbirlər davam etdirilir.

Aksiyada Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP Yasamal rayon təşklatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədov, rayon MKTB-nin rəisi Vüsal Hüseynov, rayon ərazisində yerləşən idarə və müəssisə rəhbərləri, ictimaiyyət nümayəndələri və könüllülər iştirak ediblər.



Xəbər xətti

25 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin