Maşının qiymətinə görə cərimə dəyişə bilər?

18:54 - 24 Oktyabr 2024

Maşının qiymətinə görə cərimə dəyişə bilər?

Avtobus və velosiped zolaqlarına daxil olan avtomobillərin sürücülərinə eyni məbləğdə cərimə tətbiq edilir. Maşının qiyməti baha da olsa, ucuz da.

 

Sosial şəbəkədə sözügedən mövzu müzakirəyə çıxarılaraq qeyd edilib ki, bu sistem yanlışdır.

İstifadəçilərin fikirlərinə görə, bahalı avtomobillərə daha çox cərimə tətbiq edilməlidir.

Manset.az xəbər verir ki, Baku TV mövzu ilə bağlı paytaxt sakinləri arasında "maşının qiymətinə görə cəza dəyişməlidirmi?" sualı ilə sorğu keçirib.

"Taksi sürücüsüyəm. 7 min manatlıq maşın sürürəm. Mənə də 100 manat cərimə gəlir, 150 minlik avtomobil sürənə də", - deyə sakin narazılıq bildirib.

Bəs görəsən, cərimənin avtomobilin qiymətinə görə dəyişməsini reallaşdırmaq mümkündür?

Nəqliyyat eksperti Elməddin Muradlı məsələ ilə bağlı qeyd edib ki, bunun olması üçün qanunvericilik səviyyəsində dəyişiklik edilməlidir.

"Azərbaycanda buna ehtiyac olduğunu düşünürəm. Çünki bahalı avtomobilləri olan imkanlı adamlar qanunlara yuxarıdan aşağı baxırlar. Onlar üçün 100 manatlıq cərimənin əhəmiyyəti yoxdur", - deyə ekspert əlavə edib.


Xəbər xətti

22 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin