Fransadan Livana 100 milyon avro yardım

15:55 - 24 Oktyabr 2024

Fransadan Livana 100 milyon avro yardım

Fransa prezidenti Emmanuel Makron Parisdə keçirilən Livana Beynəlxalq Yardım Konfransında ölkəsinin İsrailin hücumlarına məruz qalan Livan xalqına 100 milyon avro yardım edəcəyini bildirib.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Fransanın paytaxtı Parisdə İsrailin intensiv hücumlar həyata keçirdiyi Livana Beynəlxalq Yardım Konfransı keçirilib . Konfransda Livanın Baş naziri Necip Mikatinin yanında oturan Fransa prezidenti Emmanuel Makron açılış nitqində ölkəsinin Livan xalqına 100 milyon avro yardım edəcəyini açıqlayıb. Livana 500 milyard avro yardım toplamaq üçün keçirilən konfransda Makron İsrail və Livan arasında atəşkəs çağırışını təkrarlayaraq, "Livanı sevən və təkcə şəxsi maraqlarını güdməyənlər üçün iddialı olmalıyıq" deyib.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin