"Bağçalarda görülməli işlər çoxdur" - Nazirdən diaqnostik qiymətləndirməyə REAKSİYA

15:08 - 24 Oktyabr 2024

Elm və təhsil naziri Emin Əmrullayev məktəbəqədər təhsil müəssisələrində keçirilmiş diaqnostik qiymətləndirmədən danışıb.
 

Manset.az-ın məlumatına görə, nazir jurnalistlərə açıqlamasında deyib ki, bağçalardakı diaqnostik qiymətləndirmənin ilkin nəticələri göstərir ki, görülməli işlər çoxdur.

O qeyd edib ki, ümumi nəticəsi qənaətbəxş olan tərbiyəçilərlə yanaşı, təkmilləşdirməyə ehtiyacı olanlar da var.

Nazir bildirib ki, bağça tərbiyəçiləri üçün təlim paketi hazırlanır.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin