Bakıda maskalı şəxs məktəblini oğurlamağa cəhd etdi - Araşdırma başladı

12:56 - 24 Oktyabr 2024

Bakıda maskalı şəxs məktəblini oğurlamağa cəhd etdi - Araşdırma başladı

Bakıda uşaq oğrusunun peyda olduğu iddia edilir.

 

Manset.az Baku.Ws-ə istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində, məscidin yaxınlığında qeydə alınıb.

İddialara görə, bir nəfər maskalı şəxs küçədə oynayan uşağı qaçırmağa cəhd göstərib. Lakin ətrafdakıların müdaxiləsindən sonra hadisənin qarşısı alınıb.

Şikayətçi bildirir ki, zərərçəkmiş uşağın ailəsi polisə məlumat verib.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis baş leytenantı İbrahim Əmiraslanlı açıqlamasında bildirib ki, vətəndaş K.Seyidov polisə müraciət edərək ötən gün yetkinlik yaşına çatmayan övladının Sabunçu rayonu Ramana qəsəbəsi ərazisində naməlum şəxs tərəfindən təqib edildiyini bildirib.

Məsələ ilə bağlı ərazi üzrə Sabunçu RPİ-nin 12-ci PŞ-də araşdırmalara başlanılıb. Məsələ ilə bağlı əlavə məlumat veriləcək.



Xəbər xətti

24 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin