Naxçıvanda sursatlar tapıldı

18:49 - 23 Oktyabr 2024

Naxçıvanda sursatlar tapıldı

Naxçıvan polisi tərəfindən Kəngərli rayonu ərazisində partlamamış sursatlar aşkar edilib.

 

Manset.az xəbər verir ki, Naxçıvan DİN-dən verilən məlumata görə, Kəngərli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Kəngərli rayonunun Çalxanqala kənd ərazisində 2 ədəd tank əleyhinə mina, 1 ədəd əl qumbarası, 1 ədəd 120 mm-lik minaatan mərmi, 1 ədəd tank əleyhinə mərmi və 2 ədəd mina üçün döyüş başlığı aşkar edilib.

Sadalanan sursatların təhlükəsiz şəkildə daşınması və məhv edilməsi üçün adiyyəti üzrə təhvil verilib.


Xəbər xətti

23 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin