Veteranların müavinətləri bu qədər artırılsın - Təklif verildi
28 Noyabr 2024
18:18 - 23 Oktyabr 2024
Bəhreynin paytaxtı Manamada keçiriləcək Gimnaziada İdman Oyunlarında iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub.
Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən Manset.az-a verilən məlumata görə, ölkəmiz yarışda qızlar və oğlanlar arasında 13 çəki dərəsində 24 cüdoçu ilə təmsil olunacaq.
Qızlardan Gülşən Hüseynova (44 kq), Sona Quliyeva, Gülgəz Musayeva, Sevil Abdullazadə (hamısı 48 kq), Diana Eldarova (57 kq), Zəhra Hüseynzadə (63 kq), Mələk Bayramlı, Rəna Əhmədova (hər ikisi 70 kq), oğlanlardan Anar Quliyev (50 kq), Məhəmməd Rüstəmli, Rüstəm Qasımzadə, Emil Hüseynli (hamısı 55 kq), İlkin Qarayev, Zeyd Ələsgərov (hər ikisi 60 kq), Əli Hümbətov, Özqan Quliyev, Fəxri Sahibzadə (hamısı 66 kq), Məhəmməd Ağakişiyev, Səid Şərifov (hər ikisi 73 kq), Abdullah Rəhmətov, Amin Mehdiyev (hər ikisi 81 kq), Səid Hüseynov (90 kq), Cavidan Məsimov, Sübhan Axundov (hər ikisi +90 kq) tatamiyə çıxacaqlar.
Cüdoçulara yeniyetmələrdən ibarət komandanın baş məşqçisi Rüstəm Alimli, məşqçilər Nicat Şıxəlizadə və Emin İskəndərov və yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov rəhbərlik edəcək.
ACF-in A kateqoriyalı beynəlxalq dərəcəli hakimləri Arzu Acalova və Fariz Hüseynov yarışın ədalət təmsilçiləri arasında yer alacaqlar.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin