"Qurumun birinci şəxsindən tutmuş sonuncusuna və onların ailə üzvləri kanalizasiya, drenaj təmizləyir" - Ceyhun Musaoğlu

16:22 - 23 Oktyabr 2024

Aramsız yağan yağışlar nəticəsində Abşeron rayonunun Xırdalan şəhərində kanalizasiyaların daşmasına səbəb olub. 


Manset.az-ın məlumatına görə, Zərdabi küçəsində 100-ə yaxın evə ziyan dəyib. Ərazidə yaşayan sakinlər den.az-a bildirib ki, küçələri, həyətləri su basıb. Bəzi ərazilərdə suyun hündürlüyü bir metrə qədər qalxıb, küçələrdə avtomobillər hərəkət edə bilmir.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu açıqlamasında təsdiqləyib ki, əksər küçə və prospektlərdə su yığılma faktları var:

“Bu gün Bakı şəhərinin əksər küçə və yerlərində normadan artıq yağış yağdığına görə, su yığılma halları baş verir. Bütün qəza xidmətləri, bütün əməkdaşlar və hətta onlar öz ailə üzvlərini də bu prosesə qoşublar. Hamısı küçələrdədir, hamısı təmizləmə işlərindədir. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin vəzifə etibarı ilə birinci şəxsindən tutmuş, sonuncu şəxsinə qədər hamı küçələrdə kanalizasiya və direnaj  sistemi təmizləyir”. 

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlunun bu açıqlaması sosial şəbəkələrdə sərt tənqid edilib. Vətəndaşlar şiddətli yağış zamanı qurum rəsmisinin söylədiklərinin şahidi olmadıqlarını qeyd ediblər.


Xəbər xətti

23 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin