"Qalatasaray"-"Beşiktaş" derbisini kim idarə edəcək? - FOTO

14:30 - 23 Oktyabr 2024

Trendyol Super Liqasının 10-cu həftəsində keçiriləcək "Qalatasaray" - "Beşiktaş" derbisini FİFA lisenziyalı hakim Arda Kardeşlər idarə edəcək.

 

Manset.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

Ceyhun Sesigüzel və Süleyman Özay onun köməkçiləri olacaq.

Muhammet Ali Metoğlu isə matçın 4-cü hakimi olacaq.

Bursa bölgəsinin hakimi Arda Kardeşler karyerasında ilk dəfə bu matçla "Qalatasaray" - "Beşiktaş" derbisində fit çalacaq. O, daha əvvəl iki dəfə “Qalatasaray” – “Fənərbaxça”, bir dəfə “Beşiktaş” – “Fənərbaxça” derbisində iştirak edib. 
Arda Kardeşlərin fit çaldığı derbilər belədir:

08.05.2022
Beşiktaş: 1 - Fənərbaxça: 1

24.12.2023
Fənərbaxça: 0 - Qalatasaray: 0

19.05.2024
Qalatasaray: 0 - Fənərbaxça: 1

 

Derbinin hakemi Arda Kardeşler - Spor Haberleri


Xəbər xətti

23 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin