Yanacaq tankeri partladı - Ölən var

14:12 - 23 Oktyabr 2024

Yanacaq tankeri partladı - Ölən var

Şərqi Afrika ölkəsi Uqandanın paytaxtı Kampaladan Quluya gedən yanacaqla dolu tanker paytaxtdan təxminən 25 kilometr şimalda yerləşən Kiqoqva qəsəbəsində idarəetmədən çıxaraq aşıb.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Ətrafdakı insanlar yanacaq almaq üçün aşmış tankerin yanına qaçıblar.

Bu sırada alov alan tankerdə partlayış baş verib.

Təbii fəlakət nəticəsində 2-si uşaq olmaqla 11 nəfər ölüb.


Xəbər xətti

23 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin