AP Rusiyanın aktivləri ilə Ukraynaya 35 milyard avro kredit verilməsini TƏSDİQLƏDİ

18:01 - 22 Oktyabr 2024

AP Rusiyanın aktivləri ilə Ukraynaya 35 milyard avro kredit verilməsini TƏSDİQLƏDİ

AP Baş Assambleyasının Strasburqda keçirilən sessiyasında Rusiyanın dondurulmuş aktivləri ilə Ukraynaya kreditlərin verilməsi təşəbbüsü müzakirə edilib.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Avropa Parlamentinin deputatları 56 “xeyr” səsinə qarşı 518 “hə” səsi ilə Aİ-nin Ukraynaya 35 milyard avro kredit ayırmasını və Rusiyanın dondurulmuş aktivlərindən gələcək gəlirlərin ödənilməsində istifadəsini təsdiqləyib.

Yeni qurulan Ukrayna Kredit Əməkdaşlığı Mexanizmi ilə Rusiya Mərkəzi Bankının Aİ-dəki dondurulmuş aktivlərindən gələcək gəlirlər Ukraynaya təqdim ediləcək.


Xəbər xətti

22 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin