STM-də ilk dəfə azyaşlı üzərində icra olunan bu əməliyyat uğurlu oldu

16:30 - 22 Oktyabr 2024

STM-də ilk dəfə azyaşlı üzərində icra olunan bu əməliyyat uğurlu oldu

Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən Uşaq Xəstəxanasında ilk dəfə bud sümüyünün titan elastik millə sümükdaxili osteosintez əməliyyatı icra olunub.

 

Manset.az xəbər verir ki, 7 yaşlı uşaq üzərində həyata keçirilən cərrahi əməliyyat Uşaq Xəstəxanasının travmatoloq-ortopedləri Rusif İsmayılov və Məharət Xasayev tərəfindən uğurla başa çatıb.

Qeyd edək ki, cərrahi əməliyyat icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində qarşılanıb.

Hazırda əməliyyat olunan uşağın vəziyyəti stabil qiymətləndirilir və xəstəxananın müvafiq şöbəsində müalicəsi davam etdirilir.


Xəbər xətti

22 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin