Yeni virus təhlükəsi - Qızdırma 21 nəfərin ölümünə səbəb oldu

14:11 - 22 Oktyabr 2024

Yeni virus təhlükəsi - Qızdırma 21 nəfərin ölümünə səbəb oldu

Nigeriyanın cənubundakı Edo əyalətində "Lassa" qızdırması səbəbindən 21 nəfərin öldüyü açıqlanıb.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

 

Lassa qızdırması ölümcül ola bilən viral qızdırma xəstəliyidir. İlk dəfə 1969-cu ildə Nigeriyanın Lassa şəhərində qeydə alınıb.

Xəstəlik adətən insanlara siçan nəcisi, sidik və ya tüpürcək yolu ilə keçir. Virus insanlara yoluxmuş siçanların nəcisi, sidiyi və ya tüpürcəyi ilə birbaşa təmasda, çirklənmiş qidaların istifadəsi və ya bu virusla təmasda olan səthlərlə işləmə zamanı ötürülə bilər. Risk xüsusilə tibb işçiləri arasında yüksəkdir.

Hazırda Nigeriyada sözügedən virusa yoluxmuş 240 nəfər var. Lakin virus üçün xüsusi bir peyvənd tapılmayıb.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin