Günay Ziyadovaya yüksək vəzifə verildi - FOTO

10:57 - 22 Oktyabr 2024

Günay Ziyadovaya yüksək vəzifə verildi - FOTO

ADA Universitetinə yeni prorektor təyin edilib.

 

Manset.az Modern.az-a istinadən xəbər verir ki, Günay Ziyadova Universitetin tələbə qəbulu və xidmətləri üzrə prorektoru vəzifəsinə gətirilib.

Günay Ziyadova Dövlət Proqramı məzunudur. O, “2007-2015 Dövlət Proqramı” çərçivəsində 2009-2011-ci illərdə Birləşmiş Krallığın “University of Cambridge” ali təhsil müəssisəsində "Beynəlxalq münasibətlər" ixtisası üzrə magistratura təhsili alıb.

Qeyd edək ki, ADA Universitetinin 3 prorektoru var idi. Bununla da prorektorların sayı 4-ə çatıb.



Xəbər xətti

22 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin