Bu universitetlərdə yağış tavandan içəri axdı - VİDEO

09:15 - 22 Oktyabr 2024

Bu universitetlərdə yağış tavandan içəri axdı - VİDEO

Bakıda ötən gün səhər saatlarında başlayan yağıntılar universitetlərdən də təsirsiz ötüşməyib. 

Manset.az Baku.Ws-ə istinadən xəbər verir ki, intensiv yağışlar nəticəsində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) binasında problem yaşanıb. Akademiyada yağış suları tavandan içəri axıb.

Eyni vəziyyət Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 3-cü korpusunda da baş verib. Yağış suları auditoriyadakı partaların üstünə tökülüb.

Sözügedən görüntüləri təqdim edirik:

 


Xəbər xətti

22 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin