Yeni ildə 7 gün ardıcıl iş olmayacaq - RƏSMİ
28 Noyabr 2024
09:07 - 22 Oktyabr 2024
"Ölkə ərazisində yağıntılı hava şəraitinin bu gün günorta saatlarından sonra tədricən kəsiləcəyi gözlənilir".
Manset.az xəbər verir ki, bu açıqlamanı Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova sorğuya cavab olaraq verib.
O qeyd edib ki, respublika ərazisində yağıntılı hava şəraiti davam etməkdədir.
"Hazırda hansı bölgələrə nə qədər yağıntının düşməsi hesablanır. Bununla bağlı əlavə məlumat veriləcək", - deyə G.Məmmədova bildirib.
Qeyd edək ki, bir neçə gündür ki, ölkə ərazisində hökm sürən yağıntılı hava şəraiti həm bölgələrdə, həm də paytaxtda ciddi fəsadlara yol açıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin