Bu şəxslərə işə qəbuldan imtinanın səbəbləri açıqlanmayacaq

19:07 - 21 Oktyabr 2024

Bu şəxslərə işə qəbuldan imtinanın səbəbləri açıqlanmayacaq

Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri şəxsin həmin subyektlərdə həqiqi hərbi xidmətə (işə) qəbul olunmasından imtina edilməsi səbəblərini açıqlamaq öhdəliyi daşımayacaqlar.

 

Manset.az xəbər verir ki, bununla bağlı Milli Məclisin oktaybrın 22-də keçiriləcək plenar iclasının gündəliyinə daxil edilmiş “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanuna yeni maddə təklif edilib.

Dəyişikliyin əsas məqsədi həmin subyektlərdə fəaliyyət istiqamətlərinə uyğun olaraq konfidensiallığın qorunub saxlanılmasıdır.

Təklif edilən növbəti dəyişikliyə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarının bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə Azərbaycanın kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hüquqlarının genişləndirilərək xarici dövlətlərin xüsusi xidmət və hüquq mühafizə orqanları ilə müvafiq proqramlar çərçivəsində kadrların hazırlanması, təkmilləşdirilməsi və ixtisaslarının artırılması sahəsində də əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulur.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin