"Mançester Yunayted" və "Fənərbaxça" matçından üzücü xəbər - 7 nəfər siyahıda yoxdur

17:19 - 21 Oktyabr 2024

UEFA Avropa Liqasında "Fənərbaxça" ilə qarşılaşacaq "Mançester Yunayted"də oyun öncəsi zədəli və cəzalı futbolçuların sayı diqqət çəkib.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

“Mançester Yunayted”in 7 futbolçusu “Fənərbağça”ya qarşı oynaya bilməyəcək və iki futbolçunun vəziyyəti qeyri-müəyyən olaraq qalır.

İngiltərə nəhəngində zədəli olan Kobbi Mayno, Harri Maquayr, Lyuk Şou, Tayrel Malasia, Leni Yoro, Tobi Kolyer komandalarını tək qoyacaq.

Avropa Liqasında "Porto" ilə matçda qırmızı vərəqə alan Bruno Fernandes bu matçda meydana çıxa bilməyəcək.

Zədəli futbolçular Matthijs de Ligt və Meyson Mountun vəziyyəti qeyri-müəyyən olaraq qalır.

 


Xəbər xətti

22 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin