70 kiloqram qızılla saxlanılan hərbi attaşe ilə bağlı məhkəmə qərar verdi
25 Noyabr 2024
16:56 - 21 Oktyabr 2024
Moldovada dünən keçirilən prezident seçkilərində namizədlərdən heç birinin topladığı səs 50 faizə çatmadığı üçün seçkilərin ikinci turu keçiriləcək.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Moldova Mərkəzi Seçki Komissiyasının qeyri-müəyyən məlumatlarına görə, xaricdə yaşayanlar da daxil olmaqla 3 milyondan çox seçicisi olan ölkədə seçkilərdə iştirak səviyyəsi 51,68 faiz təşkil edib.
Səslərin 99 faizinin hesablanmasından sonra hazırkı prezident Maya Sandu 42,21 faiz səslə birinci, Moldova Sosialist Partiyası (PSRM) tərəfindən Qaqauz türklərindən namizədliyi irəli sürülmüş Moldovanın keçmiş baş prokuroru Aleksandr Stoyanoqlo isə 26,15 faiz səslə ikinci olub.
Buna uyğun olaraq noyabrın 3-də keçiriləcək ikinci turda prezident kürsüsü uğrunda ən çox səs toplayan qərbyönlü Sandu və Rusiyayönlü mövqeyi ilə tanınan Moldova Sosialist Partiyasının namizədi Stoyanoqlo mübarizə aparacaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin