Sürücü olmadan idarə olunan ilk uçan maşın təqdim edildi

16:53 - 21 Oktyabr 2024

Sürücü olmadan idarə olunan ilk uçan maşın təqdim edildi

Çində yerləşən avtomobil istehsalçısı "Chery" özünü idarə edən ilk uçan avtomobilini təqdim edib.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, hazırda inkişaf mərhələsinədə olan bu maşın 80 kilometrlik test uçuşunu müvəffəqiyyətlə tamamlayıb.

Aviasiyavə aerokosmik mühəndislik sahəsində çalışan Dr. Pat Anderson deyir ki, uçan avtomobillərin qarşısındakı ən böyük maneələrdən biri iqtisadiyyatdır.

Dr. Anderson hesab edir ki, bu avtomobillər çox güman ki, çox az sayda varlı insana məxsus olacaq.

Təhlükəsizlik qaydalarına ehtiyac olduğuna diqqət çəkən ekspert bu vasitələrin 10-20 ildən əvvəl geniş yayılacağını gözləmir.

 


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin