Şimali Koreyadan 3 ölkəyə XƏBƏRDARLIQ

16:40 - 21 Oktyabr 2024

Şimali Koreyadan 3 ölkəyə XƏBƏRDARLIQ

Şimali Koreyanın xarici işlər naziri Ço Sun-hui ABŞ, Cənubi Koreya və Yaponiyanın Birləşmiş Millətlər Təşkilatının (BMT) Pxenyan administrasiyasına qarşı tətbiq etdiyi sanksiyalara nəzarət etmək üçün bir qrup yaradacağını elan etdikdən sonra sözügedən 3 ölkəyə bunun ağır nəticələnəcəyi ilə bağlı xəbərdarlıq edib.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Ço bu vəziyyəti Şimali Koreyanın suverenliyinin pozulması kimi qiymətləndirəcəyini bildirib.

Qeyd edək ki, sözügedən sanksiyaların tətbiqində Fransa, İngiltərə, Almaniya, İtaliya, Hollandiya, Kanada, Avstraliya və Yeni Zelandiyanın da iştirak edəcəyi qeyd edilib.

 


Xəbər xətti

22 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin