Rusiya və BƏƏ prezidentlərinin qeyri-rəsmi görüşü gecə yarısına qədər davam etdi

15:37 - 21 Oktyabr 2024

Rusiya və BƏƏ prezidentlərinin qeyri-rəsmi görüşü gecə yarısına qədər davam etdi

Rusiya Prezidenti Vladimir Putin və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan arasında qeyri-rəsmi görüş bazar günü demək olar ki, gecə yarısına qədər davam edib.

 

Manset.az bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

"Putinin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanla görüşü Novo-Oqarevodakı iqamətgahında gecə yarısına qədər davam edib”, - Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O xatırladıb ki, bazar ertəsi iki nümayəndə heyətindən ibarət genişləndirilmiş danışıqlar baş tutacaq.

Günün ikinci yarısında Putinin bir neçə qeyri-ictimai görüşləri və daxili məsələlərlə bağlı işçi görüşləri planlaşdırılıb.

"Və günün sonunda prezident sabah BRİKS sammiti çərçivəsində gərgin işlərin başlandığı Kazana gedəcək", - Peskov məlumat verib.


Xəbər xətti

22 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin