Bakıda vətəndaşlar içəridə ola-ola evi sökdülər - ANBAAN VİDEO

13:27 - 21 Oktyabr 2024

Bakıda vətəndaşlar içəridə ola-ola evi sökdülər - ANBAAN VİDEO

Bakının Yasamal rayonu, Alatava 1 qəsəbəsində sakinlər evdə ola-ola söküntü işləri aparılıb.

 

Manset.az xəbər verir ki, bu məlumatlar sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, ərazidə tikinti şirkətlərindən biri tərəfindən aparılan söküntü barədə sakinlərə əvvəlcədən heç bir məlumat verilməyib. Hadisə zamanı xəsarət alanların olduğu da iddia edilib.

Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanladıq.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Baku.Ws-in sorğusuna cavab olaraq bildirdi ki, məsələ ilə bağlı ərazi polis orqanına müraciətlər daxil olub. Araşdırma aparılır.

Baş verənlərlə bağlı söküntünü həyata keçirən tikinti şirkətinə sorğu ünvanlasa da, hələlik heç bir cavab alınmayıb. Məlumat veriləcəyi təqdirdə xəbər yenilənəcək.

Sözügedən görüntüləri təqdim edirik:

 


Xəbər xətti

21 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin