COP29-da tarixi qərar qəbul olundu
24 Noyabr 2024
12:57 - 21 Oktyabr 2024
Ötən mövsüm İsmayıl Kartalın rəhbərliyi altında liqada ilk 8 matçda qalib gələn "Fənərbaxça" bu mövsüm keçirdiyi 8 matçın sonunda 7 xal itirib.
Manset.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
Əvvəlki mövsümdə İsmail Kartalın rəhbərliyi altında 10 matçda 10 qalibiyyətlə mövsümə başlayaraq rekord qıran "sarı-göylülər", Joze Mourinyo rəhbərlik etdiyi zaman 9-cu həftədə 1 matç əskikliklə zirvədən 8 xal geriləyib.
Mourinyonun komandası liqada “Adana Dəmirspor”, “Çaykur Rizəspor”, “Alanyaspor”, “Kasımpaşa” və “Antalyaspor”a qalib gəlib, lakin qol buraxdığı 3 matçda da xal itirib.
Liqanın ikinci həftəsində “Göztəpə” ilə səfər qələbəsini qoruyub saxlaya bilməyən "sarı-göylülər" meydandan 2-2 bərabərə ayrılsa da, öz meydanında əzəli rəqibi “Qalatasaray”a 3-1 hesabı ilə uduzub.
Ötən mövsüm İsmayıl Kartalın rəhbərliyi altında ilk 2-likdən geri qalmayan sarı-göylülər Joze Mourinyonun rəhbərliyi altında 9-cu həftəni 4-cü pillədə tamamlayıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin