Azərbaycanın boks millisi Avropa çempionatını 4 medalla başa vurdu

21:24 - 20 Oktyabr 2024

Azərbaycanın boks millisi Avropa çempionatını 4 medalla başa vurdu

Azərbaycan millisi Bolqarıstanın paytaxtı Sofiyada keçirilən 23 yaşadək boksçular arasında Avropa çempionatında çıxışını başa vurub.

 

Manset.az xəbər verir ki, Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, yığma qitənin ən güclülərinin mübarizəsində 3 gümüş və 1 bürünc medal qazanıb.

Komandamızın aktivinə 4-cü mükafatı Murad Allahverdiyev yazdırıb. 80 kiloqram çəkidə çıxış edən boksçu finalda Sezar Yojerlinə (Fransa) məğlub olduğundan Avropa çempionatında fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

Ondan öncə Tural Sarıyevlə (48 kiloqram) Nicat Hüseynov (51 kiloqram) da yarışda gümüş medala sahib olub. Marjona Savriyeva (50 kiloqram) isə üçüncü yeri tutub.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin