Bu ölkə Rusiya ilə su sərhədində sədd çəkəcək

15:05 - 20 Oktyabr 2024

Bu ölkə Rusiya ilə su sərhədində sədd çəkəcək

Estoniya Polisi və Sərhəd Mühafizə Departamenti Rusiya ilə su sərhədində maneə sistemlərini sınaqdan keçirmək niyyətindədir.

 

Manset.az xəbər verir ki, bu barədə departamentin baş direktorunun müavini Veyko Kommusaar ERR-ə bildirib.

"Pilot layihə çərçivəsində biz şərq sərhədimizdə su infrastrukturunun qurulması imkanlarını nəzərdən keçiririk. Bunun üçün digər ölkələrdə hansı variantların mövcud olduğunu öyrənmişik. Sistem elə qurulub ki, kimsə bu su infrastrukturunu keçməyə cəhd etsə, onun qayığından və ya avtomobilindən çox az şey qalacaq. Çox çətin yerlərdə hətta kəsici bıçaqları olan qurğular var", - V.Kommusaar bildirib.

Estoniya sərhədçilərinin nümayəndəsi qeyd edib ki, maneələrin müxtəlif variantları nəzərdən keçirilir.

Xatırladaq ki, 2024-cü ilin iyununda Estoniya sərhədçiləri Narva çayını üzərək keçmək istəyən 4 sərhəd pozucusunu saxlayıblar. 2024-cü ilin iyul ayında 13 Hindistan vətəndaşı rezin qayıqla Estoniyaya keçmək istəyərkən Teploe gölündə saxlanılıb. Ölkə Rusiyanı qanunsuz miqrantları qəsdən Avropa İttifaqının sərhədlərinə göndərməkdə ittiham edib.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin