51 yaşlı kişi döyülərək öldürüldü - Şübhəli şəxs saxlanıldı (YENİLƏNİB)

10:37 - 20 Oktyabr 2024

51 yaşlı kişi döyülərək öldürüldü - Şübhəli şəxs saxlanıldı (YENİLƏNİB)

Salyan sakinini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

 

Manset.az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 19-da saat 21:00 radələrində salyan rayon sakini Əziz salayevin başnahiyyəsindən aldığı xəsarətlər nəticəsində ölməsi barədə polis şöbəsinə məlumat daxil olub.

Şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törədən, əvvəllər məhkum olunmuş, 1977-ci il təvəllüdlü E.Səmədov saxlanılıb.

Araşdırmalar aparılır.

 

09:50

***

Salyan sakini döyülərək öldürülüb.

 

Manset.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin T.Xəlilbəyli küçəsində qeydə alınıb.

Rayon sakini, 1973-cü il təvəllüdlü Salayev Əziz Sərvənəli oğlunun meyiti həmin küçədə aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

İlkin məlumata görə, Ə.Salayevin döyülərək öldürülüb.

Hadisənin əsl səbəbi isə araşdırmalardan sonra məlum olacaq.


Xəbər xətti

21 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin