Ağdamda piyadanın ölümü ilə nəticələnən qəza baş verdi

21:33 - 19 Oktyabr 2024

Ağdamda piyadanın ölümü ilə nəticələnən qəza baş verdi

Ağdamda 94 yaşlı kişini avtomobil vurub.

 

Manset.az xəbər verir ki, hadisə rayonun Zəngişalı kəndində baş verib.

Yolu keçərkən kənd sakini Mahmudov Sokratı hərəkətdə olan "Mercedes" markalı avtomobil vurub.

Yaralı S.Mahmudov Ağdam Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

21 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin