"Araz-Naxçıvan" "Şamaxı"nı məğlub etdi

17:31 - 19 Oktyabr 2024

Azərbaycan Premyer Liqasının X turunda “Araz-Naxçıvan” komandası səfərdə “Şamaxı”nı məğlub edib.

 

Manset.az xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan qarşılaşma Elmar Baxşıyevin rəhbərlik etdiyi Naxçıvan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yeganə qolu 73-cü dəqiqədə Felipe Santos rəqib qapısından keçirib.

Qeyd edək ki, X turda bu gün daha bir matç baş tutacaq. "Səbail" səfərdə "Neftçi"nin qonağı olacaq. Turun ötən gün baş tutan "Kəpəz" - "Qarabağ" görüşündə Ağdam təmsilçisi böyükhesablı qələbə qazanıb - 5:0.


Xəbər xətti

21 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin