“Şuşa” musiqili filmi məşhur yayım platformasında təqdim olundu

21:05 - 18 Oktyabr 2024

“Şuşa” musiqili filmi məşhur yayım platformasında təqdim olundu

Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Heydər Əliyev Mərkəzi və Bakı Media Mərkəzinin dəstəyi ilə çəkilən “Şuşa” adlı filmi “Stigmart” məşhur musiqili yayım platformasında yerləşdirilib.

 

Manset.az xəbər verir ki, Beynəlxalq layihə olaraq “Altea Media” şirkəti tərəfindən lentə alınan film Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin və klassik musiqi irsimizin dünyada təbliği məqsədi daşıyır.

Filmdə Şuşa ilə bağlı arxiv materialları və şəhərin müasir ecazkar görüntüləri Xalq artisti Murad Hüseynovun pianoda Fikrət Əmirov, Qara Qarayev, Tofiq Quliyev, Adil Bəbirov kimi görkəmli bəstəkarlarımızın klassik əsərlərini ifası ilə müşayiət olunur. Eyni zamanda Qarabağ xalçaları və Xalq rəssamı Arif Hüseynov, gənc rəssamlar Leyla Əliyeva və Anar Hüseynzadənin əsərləri təqdim edilir.

Filmdə AzTV, Milli Arxiv İdarəsi və “Azərxalça” ASC tərəfindən təqdim edilmiş materiallardan istifadə olunub.

Filmin dünyanın ən məşhur musiqi kanallarından hesab edilən “Mezzo TV”də də yayımlanması nəzərdə tutulur.


Xəbər xətti

19 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin