Bakı və İrəvan sülh sazişi ilə bağlı razılığa gəldi - YENİLƏNİB

20:56 - 18 Oktyabr 2024

Bakı və İrəvan sülh sazişi ilə bağlı razılığa gəldi - YENİLƏNİB

18 oktyabr 2024-cü il tarixində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında İstanbulda "3+3" regional məşvərət platforması çərçivəsində görüş keçirilib.
 

Manset.az xəbər verir ki, tərəflər Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş ilə bağlı danışıqları davam etdirib, ən qısa zaman ərzində onun yekunlaşdırılması və bağlanması üçün daha çox səy göstərmək istiqamətində razılıq əldə ediblər.

Tərəflər Türkiyənin qonaqpərvərliyini təqdir ediblər.

19:28

“3+3” regional məşvərət formatının xarici işlər nazirlərinin toplantısı çərçivəsində Türkiyənin İstanbul şəhərində Sülh və Dövlətlərarası Münasibətlərin qurulması haqqında Müqavilə üzrə Azərbaycan-Ermənistan danışıqlarının növbəti raundu başlayıb.

Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" hesabında məlumat verilib.

Qeyd olunub ki, görüşdə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və ermənistanlı həmkarı Ararat Mirzoyan iştirak edirlər.


Xəbər xətti

18 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin