"Qafqaza təhlükə Qərb ölkələrindən gəlir" - Lavrov

19:04 - 18 Oktyabr 2024

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Cənubi Qafqaz regionunun təhlükəsizliyinə təhdidlərin Qərb ölkələrindən qaynaqlandığını bildirib.

 

Manset.az bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

Lavrov İstanbulda keçirilən 3+3 Cənubi Qafqaz Regional Əməkdaşlıq Platformasının 3-cü Toplantısından sonra jurnalistlərin suallarını cavablandırıb.

Lavrov Cənubi Qafqaz regionunun təhlükəsizliyinə təhdidlərin olduğunu bildirib və deyib:

"Regiondan kənar ölkələr burada öz şərtlərini və sxemlərini tətbiq etməyə çalışırlar. Bu sxemlər region ölkələrinin maraqlarına uyğun problemlərin həllinə yönəlməyib, lakin NATO mərkəzli formatlar blok prosesinin burada inteqrasiyasını və inkişaf prosesini ləngitməyə çalışır. Bu təhdidlər Qərb ölkələrinin regiona təsirini təmsil edir".

 

 


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin