Şolz NATO-ya sədaqət andı verdi

18:44 - 18 Oktyabr 2024

Şolz NATO-ya sədaqət andı verdi

Almaniya kansleri Olaf Şolz birlikdə öz ərazisinin hər kvadrat santimetrini müdafiə edən və Alyansın bütün üzvlərinin arxalana biləcəyi güclü NATO-ya sadiq olduqlarını bildirib.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

O, ölkəsinə səfər edən ABŞ Prezidenti Co Baydenlə ikitərəfli görüşdən əvvəl birgə mətbuata açıqlama verib.

Son üç ildə iki ölkə arasında əməkdaşlığın son dərəcə sıx və etimada əsaslandığını bildirən Şolz bu əməkdaşlığa görə Baydenə təşəkkür edib.

Şolz Ukrayna ilə birlikdə olduqlarını və Ukraynanın ərazi bütövlüyünü müdafiə etdiklərini bildirib:

" Biz birlikdə ərazisinin hər kvadrat santimetrini müdafiə edən güclü NATO- ya sadiqik. Alyansın bütün üzvləri buna arxalana bilər".

 


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin