Azərbaycanın bu ərazilərinə qar yağır - FAKTİKİ HAVA

18:18 - 18 Oktyabr 2024

Azərbaycanın bu ərazilərinə qar yağır - FAKTİKİ HAVA

Oktyabrın 18-i saat 18:00-a olan faktiki hava açıqlanıb.


Manset.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 18-i saat 18:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi Göygöl, Şəki, Qəbələ, İsmayıllı, Şamaxı, Quba, Qusar, Qrız, Xaltan, Şabran, Şahdağ, Göyçay, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Yardımlı, Lənkəran, Astara, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli yağış, Gədəbəyin yüksək dağlıq ərazilərinə qar yağır.

Sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 18 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.8 metrə çatıb.


Xəbər xətti

24 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin