Elektron siqaret partladı - 7 yaşlı qız gözünü itirdi

16:04 - 18 Oktyabr 2024

Elektron siqaret partladı - 7 yaşlı qız gözünü itirdi

İrlandiyanın paytaxtı Dublində yaşayan 7 yaşlı Ruby Grainger-in başına inanılmaz hadisə gəlib.

 

Manset.az xarici mediaya istinadla xəbər verir ki, balaca qızcığaz yaşadığı ərazidəki dondurma mağazasına gedərkən yolun kənarındakı çəmənlikdə yanan alovda olan elektron siqaretin partlaması nəticəsində bir gözünü itirib.

Həkimlər yanğına atılan elektron siqaretin akkumulyatorunun və akkumulyator turşusunun partlaması nəticəsində parçaların Rubinin gözünə düşdüyünü bildirib.

Hadisəni izah edən ana Ciara Grainger, "Dondurma arabasına doğru gedirdi və geri dönərkən üzündə bir şey partladı. Eşitdiyim tək qışqırıqlar oldu, özünü itirdi, üzündən qan axırdı".

Kiçik qız təcili yardım maşını ilə xəstəxanaya aparılıb. Getdikləri ilk xəstəxanada həkimlər Rubinin gözündə heç nə tapa bilmədiklərini bildiriblər. Bundan dərhal sonra Rubi başqa xəstəxanaya köçürüldü.

Övladının həyatının dəyişdiyini bildirən ana, "Gözünü itirəndə mən də öz gözümü itirdim. Ona öz gözümü verə bilsəydim, verərdim" dedi.

Gənc Rubiyə indi protez göz taxmaq lazım gələcək. Onlar onun sağalacağı təqdirdə altı həftə ərzində əməliyyat olunacağına ümid edirlər.

Ana azyaşlı qızı üçün ədalətin bərqərar olacağına ümid edir, lakin deyir ki, yanğını kimin törətdiyini tapmaq ot tayasında iynə axtarmaq kimidir.

Həkimlər bütün gözün itirildiyi belə bir hadisəyə ilk dəfə şahid olduqlarını və Rubinin gözünü çıxarmaq məcburiyyətində qaldıqlarını bildiriblər.

 


Xəbər xətti

18 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin