Bu ölkədə "Meymun çiçəyi"ndən ölənlərin sayı 1100-ə çatdı

12:55 - 18 Oktyabr 2024

Bu ölkədə

Afrika İttifaqının Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (Africa CDC) "Meymun çiçəyi" virusunun səbəb olduğu ölümlərin bütün qitədə 1100-ə çatdığını açıqladı.

 

Manset.az xəbər verir ki, son bir həftədə 3 min 51 nəfərdə virus aşkar edildiyi və epidemiyada 50 nəfərin öldüyünü açıqlayan Kaseya, Zimbabve və Zambiyada yeni halların qeydə alındığını açıqladı.

Kaseya, epidemiyanın Afrikanın 18 ölkəsində yayıldığını və yoluxma sayının 42 min 438, epidemiyada ölənlərin sayının isə 1100-ə yüksəldiyini bildirib.

Digər tərəfdən, Kaseya, "Meymun çiçəyi" virusunun 86 faizinin Mərkəzi Afrika bölgəsində aşkar edildiyini ifadə etdi.

 


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin