COP29 zolaqlarından hansı nəqliyyat vasitələri istifadə edəcək?

12:25 - 18 Oktyabr 2024

COP29 zolaqlarından hansı nəqliyyat vasitələri istifadə edəcək?

COP29 zolaqlarından hansı nəqliyyat vasitələrinin istifadə edə biləcəyi açıqlanıb .

 

Manset.az xəbər verir ki, bu barədə COP29 Əməliyyat Şirkəti Nəqliyyat Departamentinin rəhbəri Orxan Mahmudlu danışıb.

O, COP29 zolaqlarından hansı nəqliyyat vasitələrinin istifadə edə biləcəyinə də aydınlıq gətirib:

"COP29 zolaqları, əslində, avtobus zolaqlarıdır. Həmin zolaqların çəkilməsi onsuz da, nəzərdə tutulmuşdu. Sadəcə, COP29 tədbirinə görə bu proses daha da sürətləndirildi. COP29 zolaqlarının avtobus zolaqlarından hansısa meyarına və statusuna görə fərqlənmir.

Cərimələnmə mexanizmi və digər avtomobillərin bu zolaqlardan istifadə etdiyi zaman tətbiq olunan qaydalar eynidir. Bu zolaqlarda noyabr ayından etibarən Cop29 üçün nəzərdə tutular avtobuslar, xüsusi taksilərin və avtomobillərin istifadəsi nəzərdə tutulur. Həmin zolaqlardan istifadə üçün xüsusi icazə vərəqələri və stikerləri istifadəsi nəzərdə tutulur".


Xəbər xətti

18 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin