HƏMAS liderinin öldürüldüyü təsdiqləndi

21:32 - 17 Oktyabr 2024

HƏMAS liderinin öldürüldüyü təsdiqləndi

İsrail ilkin DNT testlərinin nəticələrinə əsasən HƏMAS lideri Yəhya Sinvarın ölümünü ABŞ tərəfinə təsdiqləyib.

 

Manset.az xəbər verir ki, bu barədə CNN mənbəyə istinadən xəbər verib. Bildirilir ki, analizlər davam etdirilir. Qeyd edək ki, HƏMAS liderinin ölümü ilə bağlı xəbəri Prezident Cozef Bayden və Dövlət katibi Antoni Blinkenə ABŞ-ın Milli Təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Almaniyaya səfər zamanı çatdırıb.

ABŞ müdafiə naziri Lloyd Ostin də Brüsseldə NATO müdafiə nazirlərinin görüşündə bu məlumatı alıb.

Hadisə ilə bağlı fotoşəkillər Pentaqon rəhbərinə nümayiş etdirilib.

Qeyd edək ki, bu İsrail Müdafiə Ordusu Qəzza sektorunda HƏMAS lideri Yəhya Sinvar olduğu ehtimal edilən 3 nəfərin öldürüldüyünü açıqlayıb. Hazırda İsrail faktı araşdırır.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin