Bu ölkə Ukraynaya F-16-lar vasitəsilə Rusiya ərazisinə zərbə endirməyə icazə verdi

20:39 - 17 Oktyabr 2024

Bu ölkə Ukraynaya F-16-lar vasitəsilə Rusiya ərazisinə zərbə endirməyə icazə verdi

Hollandiya Ukrayna Silahlı Qüvvələrinə təhvil verilmiş F-16 qırıcılarından Rusiyaya qarşı zərbələr, o cümlədən Rusiya hava məkanında əməliyyatlar üçün istifadə etməyə icazə verib. 

 

Manset.az xəbər verir ki , bunu Niderlandın müdafiə naziri Ruben Brekelmans bildirib .

“Biz Ukraynaya F-16-lardan özünümüdafiə üçün istifadə etməyə icazə veririk. Özünümüdafiə məqsədləri üçün isə, məsələn, Rusiyadakı aerodromlarda raketlərin qarşısını almaq və ya zərbə endirmək lazım ola bilər”, - Hollandiya Müdafiə Nazirliyinin rəhbəri bildirib.

Əvvəllər Ukraynada tam hüquqlu F-16 eskadrilyasının yaradılması uzun aylara təxirə salınmışdı . Qeyd edək ki, Ukrayna 2025-ci ilin yazı və ya yayına qədər istifadə üçün 20 qırıcı və 40 pilotdan ibarət eskadron yarada bilməyəcək.

 

 

Fidan Əliyeva 

Manşet.az


Xəbər xətti

18 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin