Bakı merinin müavinləri yoxdur - 4 yüksək posta təyinat ola bilər
26 Noyabr 2024
14:46 - 17 Oktyabr 2024
Ukrayna Prezidenti Vladimir Zelenski Avropa Şurasının xüsusi iclası üçün Brüsselə səfəri zamanı “qələbə planı” ilə bağlı tənqidlərə cavab verməkdən imtina edib.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Görüşdən əvvəl Zelenski Avropa Şurasının rəhbəri Çarlz Mişel ilə görüşüb. Daha sonra jurnalistlər prezidentə iki sual verməyə nail olublar. Onlardan biri "Planda nə üçün yalnız Ukrayna müttəfiqlərinin Ukrayna üçün etmək istədikləri barədə yazılıb?" sualına münasibət billdirməsini istəyib. Zelenski isə “planın tənqidçilər üçün hazırlanmadığını” deyərək sualı cavabsız qoyub.
Ukrayna prezidenti həmçinin “qələbə planını” nümayiş etdirmək üçün Brüsselə gedib. O, planını dövlət başçılarına təqdim edəcəyini bildirib ki, bütün Avropa liderləri Ukraynanın mövqeyini necə dəstəkləyəcəklərini eşitsinlər.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin