ABŞ Yəmənə, İsrail Suriyaya hücum etdi - Yaxın Şərqdə son vəziyyət

14:23 - 17 Oktyabr 2024

ABŞ Yəmənə, İsrail Suriyaya hücum etdi - Yaxın Şərqdə son vəziyyət

İsrail ordusunun Suriyanın Latakiya liman şəhərinə hücum etdiyi bildirilib. 

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Suriya mediası bombardmandan sonra bölgədə yanğınların və partlayışların olduğunu bildirib.

ABŞ isə ordusu ilk dəfə B2 gizli bombardmançı təyyarəsi ilə Yəməndəki husi hədəflərinə hücum edib. Hücumda husilərə aid silah anbarları hədəfə alınıb. Husilərə qarşı hücumların İrana dolayısı ilə xəbərdarlıq olduğu iddia edilir.

Bundan əlavə, İran İnqilab Keşikçiləri Qvardiyasının komandanı Hüseyn Səlami uzun müddətdir danışılan İsrailin mümkün cavab tədbirləri barədə xəbərdarlıq edib.

O, İsrailin həyata keçirəcəyi hər hansı hücuma ağrılı cavab verəcəyini vurğulayıb:

 "Əgər bir səhv edib, istər regionda, istərsə də İranda olan hədəflərimizə hücum etsəniz, yenə sizə ağır zərbə vuracağıq".

 


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin