Sabunçuda avtomobil qadını vuraraq öldürdü

10:40 - 17 Oktyabr 2024

Sabunçuda avtomobil qadını vuraraq öldürdü

Bakı şəhəri, Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az xəbər verir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.

Səxavət Məmmədzadə idarə etdiyi avtomobillə yolu keçən Məxmirə Rüstəmovanı vurub. Piyada xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb.


Xəbər xətti

18 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin