"Sabah" növbəti oyununu keçirdi - Avropa Kuboku

21:16 - 16 Oktyabr 2024

“Sabah” basketbol klubu FIBA Avropa Kubokunda növbəti oyununu keçirib.

 

Manset.az xəbər verir ki, Rimas Kurtinaytisin başçılıq etdiyi komanda Bakıda Yunanıstanın “Marussi” kollektivi ilə qarşılaşıb.

Bakı İdman Sarayında oynanılan qarşılaşma rəqibin 82:70 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, “Sabah” ilk turda Belçikada yerli “Spiru” komandasına 81:82 hesabı ilə məğlub olub.


Xəbər xətti

17 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin