Bu ölkədə 1,4 milyon insan könüllü hərbi xidmət üçün müraciət etdi

19:36 - 16 Oktyabr 2024

Bu ölkədə 1,4 milyon insan könüllü hərbi xidmət üçün müraciət etdi

Cənubi Koreya müharibə olacağı təqdirdə Şimali Koreyanın xəritədən silinəcəyi barədə Şimali Koreyaya nota göndərmişdi.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, bu hadisədən sonra Şimali Koreya rəhbərliyi 1,4 milyondan çox gəncin könüllü olaraq hərbi xidmət üçün müraciət etdiyini açıqlayıb.

"Ölkə dörd bir yanından gənclər və tələbələr orduya qatılmaq üçün petisiya imzalayıb, cinayətkarlarının hər birini ovlamaq və onların boğazlarını kəsmək barədə söz veriblər",- Şimali Koreyadan verilən açıqlamada deyilir.

Xatırladaq ki, Şimali Koreya administrasiyası Cənubi Koreyanın paytaxt Pxenyan səmasına pilotsuz uçuş aparatları göndərdiyini iddia etmişdi.

Ölkə lideri Kim Çen Inın bacısı Kim Yo Conq xəbərdarlıq edib ki, əgər bu təkrarlanarsa, Şimali Koreya xəritədən silinəcək. 

Daha sonra isə Şimali Koreyanın Cənubi Koreya ilə birləşdirən yolları partlatması Seul administrasiyası üçün hədə-qorxu kimi şərh edilmişdi.

Hazırda hər iki dövlət arasında gərginlik hökm sürür.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin